Accessibility links

Con Kerri dövlət katibi vəzifəsinə nominasiya edildi


Ağ Evdə çıxış edən ABŞ prezidenti Barak Obama dövlət katibi vəzifəsinə senator Con Kerrini nominasiya edib. Cənab Obama Massaçusetsdən olan senatoru Amerika diplomatiyasına qarşıdakı dörd ildə rəhbərlik etmək üçün "kamil seçim" kimi alqışlayıb.

Con Kerrinin senatdakı həmkarının ehtiramını qazandığını vurğulayan Prezident Obama söyləyib ki, növbəti dövlət katibi qarşıda gözlənilən ciddi sınaqların öhdəsindən uğurla gələcək.

Massaçussets ştatından Demokrat senator Kerri Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəridir. O, Afrikadan Pakistanadək dünyanın bir çox qaynar bölgələrində olub. Con Kerri həm də Vyetnam müharibəsinin veteranıdır.

69 yaşlı senator, əgər təsdiq olunarsa, hazırkı dövlət katibi Hillari Klintonu əvəz edəcək. Demokrat namizəd qismində o, 2004-cü ilin prezident seçkilərində rəqibi Corc Buşa məğlub olmuşdu.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG