Accessibility links

Kerri Konqresi İranla nüvə razılaşması üçün əlavə vaxt verməyə çağırır


Dövlət katibi Con Kerri başda olmaqla ABŞ administrasiyasının rəsmiləri Konqresi beynəlxal ictimaiyyətin İranla nüvə razılığının əldə edilməsi üçün daha artıq verməyə razı salmaq üçün qanunvericilərlə görüş keçirir.

Son Kerri Nümayəndələr Palatasının üzvləri ilə bağlı qapılar arxasında görüş keçirməlidir. Eyni görüşlərin senatorlarla da keçiriləcəyi gözlənilir. Administrasiya prezident Barak Obamanın yekun razılaşmasının bir hissəsi olaraq İrana qarşı sanksiyaları təxirə salıb, ya da aradaın qaldırmasına məhdudiyyətlər qoya biləcək qanun layihəsinin qarşısını almaq üçün intensiv kampaniya aparır.

Konqres Tehranla yekun razılaşmasının təsdiq, ya da rədd edilməsi üçün ona 60 gün verilməsinə dair qanun layihəsini nəzərdən keçirir. Prezident Obama belə bir addımn iyunun 30-a qədər qoyulmuş son möhlətdən öncə yekun mərhələsində danışıqlara mane ola biləcəyini deyərək, layihəyə veto qoyacağı ilə hədələyib.

Senatın Xarici Əlaqələr Komitəsi Konqresi nüvə razılaşmasına dair mövqeyini bildirməyə çağıran qanun layihəsinə əlavələrlə bağlı çərşənbə axşamı günü debatlar keçirməyə və sənədə dair səs verməyə hazırlaşır.

ABŞ prezidenti çərçivə razılığının İranı nüvə silahı əldə etməkdən çəkindirməyin ən yaxşı yolu olduğu ilə müsbət fikirdə olduğunu bildirib. O əlavə edib ki, əgər yekun danışıqlar ciddi razılaşmanın əldə edilməsilə nəticələnməsə, Birləşmiş Ştatlar danışıqlardan geri çəkiləcək.

XS
SM
MD
LG