Accessibility links

ABŞ Laosa aclıq, partlamamış qurğuların zərərsizləşdirilməsi və texnologiya ilə təminat sahəsində yardım göstərəcək.

ABŞ dövlət katibi bu təşəbbüslər barədə Vientianda açıqlama verib.

Con Kerri Laosun baş naziri Tonqsinq Tammavonq və xarici işlər naziri Tonqloun Sisoulitlə görüşü zamanı Asiyadan xaric məsələlər barədə də fikir mübadiləsi aparıb. Görüşün gündəmində Suriyanın sülh danışıqları da yer alıb.

Con Kerrinin səfəri gələn ay Kaliforniyada keçiriləcək ASEAN sammitinə hazırlıq mahiyyəti daşıyır. Sammitə ABŞ prezidenti Barak Obama ev sahibliyi edəcək.

XS
SM
MD
LG