Accessibility links

Con Kerri və Sergey Lavrov Cenevrədə görüş keçirir (Yenilənib)


ABŞ Dövlət katibi Con Kerri və Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Cenevrədə görüş keçirərək, Rusiyanın Suriya ilə bağlı təklifini müzakirə edir.

Görüşdən əvvəl Dövlət katibi Con Kerri diplomatiyanın Suriya hökumət qüvvələrinin keçən ay Dəməşq yaxınlığında kimyəvi hücumda rolu ilə əlaqədar ABŞ-ın mümkün hava hücumlarına ehtiyac qoymayacağına ümid bəslədiyini bildirib.

Con Kerri bildirib ki, kimyəvi hücuma görə kimin məsuliyyət daşıdığı məsələsində ABŞ və Rusiya arasında fikir ayrılığına baxmayaraq, hücum zamanı mülki əhalinin ölümü və kimyəvi silahların Suriya münaqişəsində yaratdığı təhlükə kimi məsələlərdə tərəflər arasında razılıq mövcuddur.

O əlavə edib ki,diplomatiyanın təsirli olacağını demək hələ tezdir, lakin ABŞ öz səylərində ciddidir.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bildirib ki, o, Birləşmiş Ştatların Rusiya ilə konsensus əldə etmək istədyinə inanır.

ABŞ prezidenti Barak Obama Kerri-Lavrov görüşünün konkret nəticə verəcəyinə ümid bəslədiyini ifadə edib.

ABŞ dövlət katibi Con Kerri bu gün həm də Ərəb Liqasının sülh elçisi Lahdar Brahimi ilə də görüşməlidir.
XS
SM
MD
LG