Accessibility links

Kerri Ukraynada böhranı müzakirə etmək üçün Lavrovla görüşəcək



ABŞ Dövlət katibi Con Kerri və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ukraynada böhranın diplomatik yolla həllinin tapılması yollarını müzakirə etmək üçün bazar günü Parisdə görüşəcəklər.

Sergey Lavrovun Moskvanın Ukrayna sərhədinə əsgəri qüvvə göndərmək planları olmadığını bidirməsi və Con Kerrinin Lavrovla görüşmək üçün təyyarənin istiqamətini dəyişərək, Avropaya uçması Ukraynada böhranın diplomatik yolla həll edilməsi üçün yeni imkanların yaranması kimi qiymətləndirilir.

Parisdə danışıqların keçiriləcəyini təsdiqləyən ABŞ rəsmiləri hələlik müzakirələrin detalları ilə bağlı məlumat verməyiblər. Con Kerrini səfərdə müşayiət edən Amerikanın Səsinin Dövlət Departamentindəki müxbiri Skott Störns dövlət katibi və Rusiya xarici işlər naziri arasında görüşün bazar günü gözləndiyini haqda məlumat verib.

İki ölkənin xarici işlər naziri arasında görüşə cümə günü ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin arsında uzun sürən telefon söhbəti təkan verib. Diplomatik səylər soyuq müharibə dövründən sonra ABŞ və Rusiya arasında ən ciddi mübahisəyə çevrilmiş Ukrayna böhranın həllinin tapılacağı ilə ümidləri artırıb.

Şənbə günü Səudiyyə Ərəbistanından Vaşinqtona uçan Con Kerri Lavrovun Rusiyanın Krımı ilhaq etdikdən sonra Ukraynaya əsgəri qüvvə göndərmək planları olmadığı ilə bağlı Rusiya televiziyasında yayımlanan açıqlamalarını eşidib.

Amerikanın baş diplomatının təyyarəsi İrlandiyada Şhannonda yanacaq doldurdukdan sonra səmtini dəyişərək, Lavrovla ən tez bir zamanda görüşün təşkili üçün Parisə istiqamət götürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG