Accessibility links

Kerri və Lavrov Suriyada vəziyyəti müzakirə edib


Dövlət katibi Con Kerri şənbə günü rusiyalı həmkarı Sergey Lavrovla telefon söhbəti zamanı ABŞ-ın Rusiyanın Suriyada hərbi mövcudluğunu artırması ilə bağlı məlumatlara dair narahatlığını ifadə edib. Bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayıb.

"Dövlət katibi bildirib ki, məlumatlar doğrudursa, bu addımlar münaqişənin daha da gərginləşməsi, daha çox günahsız insanın həyatını itiriməsi, qaçqın axınının güclənməsi və Suriyada İŞİD əleyhinə koalisiya ilə qarşıdurma riskinə gətirib çıxara biləcəyini bidirib"-deyə Dövlət Dövlət Departamentinin məlumatında bildiriir.

Dövlət Departamenti bildirib ki, Con Kerri və Rusiya Xarici İşlər naziri Sergey Lavrov Suriya münaqişəsi ilə bağlı müzakirələrin bu ay Nyu-Yorkda davam etdirilməsilə bağlı razılığa gəlib.

"The New York Times" qəzeti Rusiyanın Suriyaya hərbi müşavirlərdən ibarət qrup göndərdiyi və Vaşinqtonun prezident Bəşar Əl-Əsədə hərbi dəstəyin artırılması planları kimi ehtiyat etdiyi başqa addımlar atdığı haqda məlumat verib.

Rusiya prezidenti Vladimir Putin cümə günü ölkəsinin Suriya ordusuna ciddi təlimlər və dəstək verdiyini bildirib. Bu, Rusiyanın Suriyada vətəndaş müharibəsinə müdaxiləsinin miqyası ilə bağlı ictimaiyyətə verilmiş ilk belə açıqlamadır.

Prezident Putin bildirib ki, Rusiyanın Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara birbaşa müdaxilə ilə bağlı nəticə çıxarmağın tez olduğunu deyib, lakin bildirib ki, Rusiya Dəməşqə "olduqca ciddi dəstək verərək, təchizat, hərbi personala təlim və silahlarla yardım" edir.

Ağ Evin sözçüsü Coş Ernest Vaşinqtonun Moskvanın Suriyaya hərbi personal və hərbi təyyarə yerləşdirdiyinə dair məlumatları yaxından izlədiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG