Accessibility links

Böyük Səkkizlərin xarici işlər nazirləri Suriyadakı böhranı və Şimali Koreyakı vəziyyəti müzakirə etmək üçün Londonda yığıncaq keçirir. Dünən axşam təşkil edilən şam yeməyində rəsmilər Suriyanın müxalifət nümayəndələri ilə söhbət etmiş və
ayrı-ayrılıqda müzakirələr aparmışlar.

Suriyanın müxalifət rəsmiləri Birləşmiş Ştatların dövlət katibi Con Kerri və Britaniyanın xarici işlər nazirir Villiam Heyqdən hərbi yardım istəyiblər. Lakin ABŞ rəsmisi bu məsələ ilə bağlı nəsə vəd etməkdən boyun qaçırıb..

ABŞ dövlət katibi Con Kerri və Britaniyanın xarici işlər naziri Villiam Heyq bu ayın axırında İstanbulda Suriya məsələsini müzakirə etmək üçün keçiriləcək "Suriyanın Dostları " başlıqlı yığıncaqda iştirak edəcək.

Fransa və Britaniya artıq bir müddətdir ki, Suriya müxalifətinə qoyulan silah embarqosunun aradan qaldırılmasına çağırırlar.
XS
SM
MD
LG