Accessibility links

Kerri sülh danışıqlarını canlandırmaq məqsədilə fələstinlilərin prezidenti ilə görüşüb


Con Kerri və Mahmud Abbas

Con Kerri və Mahmud Abbas

ABŞ Dövlət katibi Con Kerri İsrail və Fələstin liderlərinin çərçivə sülh razılığı ətrafında razılığa gəlməsinə ümid bəsləyərək, iki gün ərzində ikinci dəfə fələstinlilərin prezidenti Mahmud Abbasla görüşüb.

Görüş Ramallahda keçirilib. Cümə günü görüşündən əvvəl yüzlərlə nümayişçi sülh danışıqlarının ləngitmə taktikası olduğunu deyərək, küçələrdə etiraz edib.

Dövlət katibi Kerri regiona səfəri zamanı həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu və İsrailin Xarici İşlər naziri Aviqdor Libermanla da görüşüb. O, İsrail liderlərinə çərçivə sazişinin İsrail və Fələstin vasitəçiləri arasında fikir ayrılıqlarının azalmasına gətirib çıxara və daimi razılaşmanın əldə edilməsi üçün prinsiplərin hazırlanmasına kömək edə biləcəyini deyib.

Con Kerri deyib ki, çərçivə razılaşması onun aprel ayına qədər əhatəli sülh razılaşmasının əldə edilməsi kimi başlıca məqsədindən fərqli olsa da, ciddi dəyişiklik yarada bilər.

Dövlət katibi Kerrinin İsrailin baş naziri ilə daha artıq danışıqlar aparmaq üçün Qüdsə qayıtması planlaşdırılıb.
XS
SM
MD
LG