Accessibility links

Con Kerri Mərkəzi Asiya ölkələrinə səfər edir


ABŞ Dövlət katibi Con Kerri Birləşmiş Ştatlar və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin güclənməsi məqsədilə keçirilən yeni diplomatik forumun açılışında iştirak edəcək.

ABŞ Dövlət Departamentindən verilən məlumata görə, Con Kerri oktyabrın 28-dən noyabrın 3-ə qədək Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Türkmənistana səfər edəcək.

Mərkəzi Asiya ölkələrinə səfərdən öncə ABŞ Dövlət katibi Vyanada həmkarları ilə Suriya böhranı ilə əlaqədar ikitərəfli və çoxtərəfli görüşlər keçirəcək.

Dövlət Departamentindən bildirilib ki, Avstriyadan sonra Con Kerri Bişkek, Səmərqənd, Astana, Düşənbə və Aşqabadda bu ölkələrin liderləri ilə ikitərəfli müzakirələrdə iştirak edəcək.

“Bu, Dövlət katibi Kerrinin Mərkəzi Asiyaya ilk səfəridir və birinci dəfədir ki, Amerika dövlət katibi bir səfər çərçivəsində Mərkəzi Asiya ölkələrinin hamısına səfər edir”-deyə Dövlət Departamenti bildirib.

Bişkekdə Con Kerri Mərkəzi Asiyada Amerika universiteti və ABŞ səfirliyinin yeni binasının açılışı mərasimlərində iştirak edəcək.

Səmərqənddə isə o, Mərkəzi Asiyanın bütün beş ölkəsinin xarici işlər nazirləri ilə görüşə qatılacaq.

“ABŞ və Mərkəzi Asiya respublikaları arasında C5+1 adı almış yeni formatda dialoq dövlət katibi və xarici işlər nazirlərinə regional və qlobal imkanlar və hədələri müzakirə etmək imkanı verir”-deyə Dövlət Departamenti bildirib.

Astanada ABŞ dövlət katibi ABŞ və Qazaxıstan arasında strateji tərəfdaşlığa dair dialoqun dördüncü iclasında iştirak edəcək və Nazarbayev universitetində Mərkəzi Asiyanın rolu ilə bağlı məruzə ilə çıxış edəcək.

Dövlət katibi Aşqabad və Düşənbəyə səfələri zamanı qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında müzakirələr aparmaq üçün yüksək səviyyəli rəsmilərlə görüşlər keçirəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG