Accessibility links

Kerri Mərkəzi Asiya ölkələrinə beş günlük səfərə başlayıb


ABŞ Dövlət katibi Con Kerri Qırğızıstanın xarici işlər naziri Erlan Abduldayevlə Manas beynəlxalq hava limanında

ABŞ Dövlət katibi Con Kerri Qırğızıstanın xarici işlər naziri Erlan Abduldayevlə Manas beynəlxalq hava limanında

ABŞ Dövlət katibi Con Kerri Mərkəzi Asiya ölkələrinə beş günlük səfərinin ilk dayanacağı olan Qırğızıstanın paytaxtı Bişkekdədir.

Qırğızıstanda bir gün qaldıqdan sonra Con Kerri Özbəkistan, Qazaxıstan, Tacikistan və Türkmənistanda olacaq.

ABŞ rəsmiləri Con Kerrinin səfərinin əsas məqsədinin Mərkəzi Asiya ölkələrini Birləşmiş Ştatların onların qonşusu Rusiya ilə münasibətlərində soyuqluq müşahidə edildiyi zaman onlarla əlaqələrinin güclü olaraq qaldığına əmin etməkdən ibarətdir. Lakin Con Kerri keçmiş sovet respublikalarında çatışmazlıqlar haqda danışması üçün təzyiqlərlə qarşılaşır.

İnsan haqları məsələləri

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində nüfuzlu senator Ben Kardin cümə günü Con Kerriyə açıq məktub göndərərək, onu səfər etdiyi ölkələrdə siyasi məhbusların azad edilməsi üçün təzyiq göstərməyə çağırıb. Senator Kardin Con Kerridən Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri ilə görüşlər zamanı ABŞ-ın "universal qaydada tanınış demokratik prinsiplərə sadiq qaldığını" vurğulamasını istəyib.

Qərargahı ABŞ-da yerləşən Human Rights Watch təşkilatı da Con Kerrini Mərkəzi Asiya ölkələrində insan haqlarının durumu ilə bağlı narahatlığını ifadə etməyə çağırıb. Təşkilat ABŞ dövlət katibindən səhv olaraq həbs edilmiş insanların azad edilməsi, işgəncəyə görə cəzasızlığa son qoyulması və əsas təəhhüdlərə əməl olunması üçün bu ölkələrə təzyiq göstərməyə çağırıb.

Bu həftənin əvvəli Jurnalistləri Müdafiə Komitəsi Con Kerrini diqqəti siyasi məqsədlərlə həbs edilmiş jurnalistlərin işi və internetdə senzura kimi məsələlərə yönəltməyə və media nümayəndələrinə qarşı hücumları pisləməyə çağırıb. Təşkilat bildirib ki, aparılan araşdırmalar bu ölkələrdə post-sovet dövründə medianın vəziyyəti kəskin pisləşib.

XS
SM
MD
LG