Accessibility links

Kerri təhlükəsizlik və terrorizmə dair danışıqlar aparmaq üçün Misirdədir


ABŞ Dövlət katibi Con Kerri təhlükəsizlik və İslam Dövləti qrupunun ekstremistlərinin yaratdığı hədələr daxil olmaqla regional terrorizm məsələlərini müzakirə etmək üçün Qahirəyə gəlib.

Misir Con Kerrinin Yaxın Şərq və Cənub-şərqi Asiya ölkərinə səfərinin ilk dayanacağıdır.

ABŞ Dövlət katibinin şənbə günü axşam və bazar günü bir sıra görüşlər keçirəcəyi gözlənilir. Onun bazar günü Misirin Xarici İşlər naziri Sami Şukri ilə görüşü planlaşdırılıb.

ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, təhlükəsizlik məsələləri Con Kerrinin səfəri zamanı müzakirə edəcəyi başlıca mövzu olacaq.

ABŞ xüsusilə Misirin Sinay yarımadasında vəziyyətlə bağlı narahatlığını ifadə edib. İslam Dövləti qrupu ilə əlaqədar olan yaraqlılar burada insan ölümü ilə nəticələnmiş bir sıra hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Con Kerrinin Misirə səfərindən öncə Sinayda vəziyyəti müzairə edən ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi Birləşmiş Ştatların sabitliyin təmin olunması səylərində Misirə dəstək verməli olduğunu deyib.

"Dövlət katibi Kerri üçün Misirdə görüşlər zamanı ən böyük çətinlik terrorizmə qarşı regional mübarizə və Misirin daxilində vəzliyyət ətrafında müzakirələr və bu iki mövzunun bir-biri ilə necə uyğunlaşdrılması məsələsi olacaq"-deyə Yaxın Şərqdə inkişaf məsələləri üzrə tanınmış amerikalı təhlilçi Maykl Dunne bildirib.

ABŞ və Misir rəsmiləri həmçinin siyasi və iqtisadi, eləcə də insan hüquqları ilə bağlı məsələlər ətrafında müzakirələr aparacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG