Accessibility links

Con Kerri: İndi Suriya böhranının siyasi yolla həlli vaxtıdır


ABŞ dövlət katibi bildirib ki, indi Suriya böhranının siyasi yolla həll edilməsi vaxtıdır.

Bu gün Münhendə danışan Con Kerri deyib ki, bir və ya digər tərəf hazırda mənafe əldə etsə belə, sülh və sabitliyin bərqərar edilməsi üçün münaqişənin siyasi yolla həllinə ehtiyac böyükdür.

Kerri gələn günlər və aylar ərzində əldə edilən qərarların ya müharibəyə son qoyacağı, ya da münaqişəni genişləndirəcəyini deyib. Dövlət katibi çek yazmaqla məsələnin həll edilməyəcəyini vurğulayıb.

Sülh və sabitliyin bərqərar edilməsi üçün münaqişənin siyasi yolla həllinə ehtiyac böyükdür

​Bundan əvvəl Rusiyanın baş naziri ölkəsinin Suriyada mülki əhalini hədəf aldığına dair iddiaları rədd edib.

Dmitri Medvedev deyib ki, buna dair heç bir dəlil yoxdur.

Rusiyanın baş naziri bunları fransız həmkarı Manuel Vallsla görüşü zamanı deyib.

Fransanın baş naziri Rusiyanı Suriyada mülki əhalinin bombalanmasına son qoymağa çağırıb.

Son hesabata görə, 5 il əvvəl Suriyada vətəndaş müharibəsinin başlanğıcından bəri 470 min insan həlak olub.

Suriyanın Siyasət Araşdırmaları Mərkəzinin bildirdiyinə görə, 400 min insan zorakılıqlar nəticəsində, 70 min nəfər səhiyyə xidmətləri, ərzaq, su qıtlığı və yaşayış yerlərindən məhrum olduqlar üçün dünyadan köçüb.

Mərkəzin hesabatında deyilir ki, ölənlər Suriya əhalisinin 11.5 faizini təşkil edir.

Dünən ABŞ dövlət katibi Con Kerri dünyanın qüdrətli dövlətlərinin Suriyada bir həftə ərzində hərbi əməliyyatların dayandırılması haqda razılıq əldə etdiyini bildirib.

Kerri Münhendə müxbirlərə deyib ki, hərbi əməliyyatların dayandırılması İslam Dövləti, Əl-Nusra və başqa terrorçu qruplara şamil edilməyəcək. ABŞ Dövlət katibi bildirib ki, 17 ölkənin daxil olduğu Beynəlxalq Suriyaya Dəstək Qrupuna Birləşmiş Ştatlar və Rusiyanın həmsədrliyi ilə işçi yaradılması haqda razılıq əldə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG