Accessibility links

ABŞ Dövlət katibi Con Kerri deyib ki, o, insan haqları ilə bağlı danışıqlarda iştirak etmək üçün gələn bir-iki həftə ərzində Kubaya səfər etməyi planlaşdırır.

Kerri bu açıqlamanı ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iclasından əvvəl verib.

"Bir, ya da iki həftədən sonra xüsusi olaraq insan haqlarına dair dialoq aparmaq üçün oraya səfər edəcəm"-deyə Con Kerri bildirib.

Keçən ilin avqust ayında Kubaya səfər edən Kerri Havanada Amerika səfirliyində ABŞ bayrağınıın ucadılması mərasimində iştirak etmişdi. Komitədə çıxışı zamanı o bildirib ki, kommunist sistemi ilə idarə olunan Kubada insan haqları ilə bağlı hələ də narahatlıqlar mövcuddur.

ABŞ Dövlət katibi Con Kerri Birləşmiş Ştatların Kubada, Havanada səfirliyi qarşısında Amerika bayrağının ucaldılması mərasimində

ABŞ Dövlət katibi Con Kerri Birləşmiş Ştatların Kubada, Havanada səfirliyi qarşısında Amerika bayrağının ucaldılması mərasimində

Dövlət katibinin səfəri gələn ay Kubaya gedəcək prezident Barak Obamanın səfərindən əvvələ təsadüf edir. Obama son 90 ildə Kubaya səfər edəcək ilk ABŞ lideri olacaq.

Prezident Obama 2014-cü ilin dekabrında ABŞ-ın Kuba ilə diplomatik münasibətləri yenidən quracağını elan edib və bundan sonra iki ölkə arasında 50 ildən artıq vaxt ərzində münasibətlərin normallaşdırılması prosesi başlayıb.

ABŞ və Kuba arasında diplomatik münasibətlər rəsmi olaraq 2015-ci il iyulun 20-də bərpa olub.

XS
SM
MD
LG