Accessibility links

Con Kerri Fransua Ollandla görüşüb


Danışıqlar zamanı İslam Dövləti qrupuna qarşı mübarizənin daha effektiv aparılması yolları müzakirə edilib

ABŞ dövlət katibi Con Kerri deyir ki, İslam Dövləti qrupu gələcək həftələrdə daha çox təzyiqlə üzləşəcək, çünki Birləşmiş Ştatlar, Fransa və digər müttəfiqlər yaraqlılara qarşı səyləri artıracaq.

Kerri bu açıqlamanı çərşənbə axşamı Parisdə Fransa prezidenti Fransua Ollandla görüşəndən sonra verib. Ollandla görüşdə Kerri İslam Dövləti qrupuna qarşı mübarizəni daha effektiv aparılması yollarını müzakirə edib. Danışıqlar Parisdə 129 nəfərin ölümü ilə nəticələnən atışma və initharçı bomba hücumlarından bir neçə gün sonra baş tutub.

Prezident Olland Paris hücumlarına görə məsuiyyət daşıyan İŞİD yaraqlılarına qarşı amansız mübarizə aparılacağını vəd edib.

Bu arada, Fransa Daxili İşlər Nazirliyi rəsmilərin bir gecə ərzində 128 reyd keçirdiyini bildirib. Bundan bir gün öncə keçirilən reydlərdə isə 23 nəfər saxlanılıb, 100-dən çox insan ev dustağı edilib. Bununla yanaşı rəsmilər dəhşətli hücumun baş təşkilatçısını müəyyən etdiklərini bildirib.

Brüsseldə, Avropa İttifaqının Xarixi Siyasət İdarəsinin rəhbəri Federika Mogerini Fransanın təhlükəsizlik səylərinə dəstək vəd edib.

Fransa hərbi təyyarələri Suriyada İslam Dövləti qrupunun hədəflərini bombalamağa davam edib və qrupun de fakto paytaxtı Raqqanı vurub. Müdafiə Nazirliyinin verdiyi məlumata görə 10 təyyarə qrupun qərargahını hədəfləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG