Accessibility links

"Suriya ilə bağlı sülh danışıqları davam etməlidir. Ancaq bundan öncə Rusiya və Amerika nümayəndələri görüşüb atəşkəs rejiminin pozulması barədə iddiaları müzakirə etməlidir". Bu sözləri şənbə günü ABŞ-ın dövlət katibi Con Kerri deyib.

İki ölkə rəsmiləri Cenevrə və Əmmanda bir araya gələcək.

Kerri Bəşar Əl-Əsəd rejiminin atəşkəsi pozdumasına dair məlumatları bu axşam rusiyalı həmkarı Lavrovla telefon danışığında müzakirə edəcəyini də bildirib.

Qərbin dəstəklədiyi Suriya müxalifəti Cenevrədə Dəməşq hökuməti ilə keçiriləcək sülh danışıqlarında iştirak edəcəyini bəyan edib.

Kerri Avropa diplomatları ilə Liviya, Suriya, Yəmən və Ukrayna barədə məsləhətləşmələr aparmaq üçün martın 13-də Parisə gedəcək.

XS
SM
MD
LG