Accessibility links



ABŞ Dövlət katibi Dohada Suriya üsyançılarını dəstəkləyən ölkələrin xarici işlər nazirləri ilə görüşəcək

ABŞ Dövlət katibi Con Kerri Suriya üsyançılarını dəstəkləyən ölkələrin xarici işlər nazirləri ilə görüşmək üçün Dohaya yola düşüb.

Şənbə günü Qətərdə keçiriləcək iclas Birləşmiş Ştatların prezident Bəşar Əl-Əsədin hakimiyyətdən salınması uğrunda mübarizə aparan üsyançıları silahlandıracağını elan etməsindən sonra “Suriyanın dostları” qrupunun ilk görüşü olacaq.

Vaşinqtonu tərk etməzdən əvvəl açıqlama verən Kerri diplomatların on minlərlə insanın həyatını itirdiyi münaqişəyə son qoyulması yollarını müzakirə etdiyini bildirib.

ABŞ və Britaniya Suriya hökuməti və üsyançılar arasında Cenevrədə birbaşa danışıqların keçirilməsinə çalışır. Plan Avropa İttifaqı və Misir də daxil olmaqla, bir sıra ərəb ölkələri tərəfindən dəstəklənir.

Lakin cümə günü Assoşieyted Press agentliyinə müsahibə verən Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ Suriya üzərində uçuşa qadağa zonanın yaradılmasına çalışsa, plan təxirə salına bilər.

Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri ilə görüş zamanı ABŞ-ın üsyançıları silahlandırmaq planlarını tənqid edib. Cənab Putin həmçinin Rusiyanın Suriya hökuməti ilə silah satışına dair müqaviləni müdafiə edib.
XS
SM
MD
LG