Accessibility links

Con Kerri: Qətər İslam Dövləti qrupuna qarşı koalisiyada mühüm tərəfdaşdır


ABŞ Dövlət katibi Con Kerri Qətərin İraq və Suriayda İslam Dövləti qrupunun yaraqlılarına qarşı ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyada əsas tərəfdaşlardan biri olduğunu deyib.

Con Kerri həmçinin Qətərin Yaxın Şərqdə, bu yaxınlarda isə Yəməndə anti-terror səylərinə yüksək qiymət verdiyini bildirib.

ABŞ Dövlət katibi bu açıqlamaları Qətərin Xarici İşlər naziri Xalid Əl-Əttiyə ilə Vaşinqtonda danışıqlara başlamazdan əvvəl verib.

Qətər ABŞ-ın başçılığı ilə Suriyada İslam Dövləti qrupuna qarşı hərbi hava hücumlarının həyata keçirilməsinə mühüm dəstək verib.

Defense One veb səhifəsində Qətər, Türkiyə və Səudiyyə Ərəbistanının İslam Dövləti qrupuna qarşı mübarizədə Suriyanın mötədil qüvvələrinə təlim vermək üçün Birləşmiş Ştatların 400-dən çox hərbiçisinin təlim məşqləri keçirməsinə icazə verdiyi bildirilir. Təlimlərin mart ayında başlaması nəzərdə tutulub.

XS
SM
MD
LG