Accessibility links

Kerri Rusiyanı Bəşar Əl-Əsədi dəstəklədiyinə görə tənqid edib


ABŞ dövlət katibi Con Kerri Rusiyanı Suriya prezidenti Bəşar Əl-Əsədi "məsuliyyətsiz və düşünüməmiş bir şəkildə" dəstəkləmək qərarına görə tənqid edib. O eyni zamanda deyib ki, Suriyada müharibənin sona çatdırılması səyləri ABŞ və Rusiya arasında atəşkəsə dair danışıqların dyandırılmasından asılı olmayaraq davam etdirilməldir.

"Mən buna aydınlıq gətirmək istəyirəm ki, biz Suriya xalqından üz döndərmirik və biz sülhə nail olunması səylərindən geri çəkilmirik"-deyə Con Kerri çərşənbə axşamı günü Brüsseldə bildlirib.

Atəşkəs danışıqları dayandırıldı

Bazar ertəsi Birləşmiş Ştatlar və Rusiya arasında Suriyda atəşkəsə dair danışıqlar ABŞ Moskvanı döyüşlərin dayandırılması və mühasirədə olan yerlərə humanitar yardımın çatrıdılmasına imkan veriləcəyi haqda vədinə əməl etməməkdə günahlandırdıqdan sonradayandırıb.

Mən buna aydınlıq gətirmək istəyirəm ki, biz Suriya xalqından üz döndərmirik və biz sülhə nail olunması səylərindən geri çəkilmirik.

Kerri bildirib ki, Birləşmiş Ştatlar və Rusiya Suriyada böhranı çoxtərəfli danışıqlar zamanı müzakirə etməyə davam edəcək.
ABŞ-ın baş diplomatı Rusiyanın Suriya hökumətinin xlorin qazı və çəllək bombalarından istifadəyə etiraz etməməsini hiddətlə qarşıladığını bildirib.

Hələbdə durum

BMT-nin insan haqları agentliyinin rəhbəri bildirib ki, üsyançıların hədəf alındığı ərazilərdə hücumların mülki əhaliyə "dağıdıcı təsiri" olduğu Hələbdə baş verənlərə qətiyyətli cavab verilməlidir.

Zeyd Raad Əl-Hüseyn deyib ki, "bu kimi zorakılıq və dağıntılar qarşısında fövqəladə addımlar atılmalıdır."

O, BMT Təhlükəsizlik Şurasını müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, ya d soyqırımın baş verə bildiyinə dair ciddi narahatlıqların mövcud olduğu hallarda üzv ölkələrin veto hüququndan istifadə etməsinin qarşısının alınması məqsədilə qaydaların qəbul edilməsinə çağırıb.

Biz kədər və hiddət hissi ilə Rusiyanın Əsədin öz xalqına qarşı xlorin qazından və çəllək bombalarından istifadəsinə göz yummasının şahidiyik.

Təhlükəsizlik Şurasının beş daimi üzvü veto hüququna malikdir. Suriyanın müttəfiqi olan Rusiya, eləcə də Çin Suriyada 2011-ci ilin martında böhran başlayandan hökumətə qarşı bir sıra qətnamələrin qarşısını alıb. Bunlardan biri Suriya məsələsinin Beynəlxalq Cinayətlər Məhkəməsinə verilməsinə aiddir.

Birləşmiş Ştatlar da veto hüququna malikdir. ABŞ Əsəd əleyhdarı üsyançılara dəstək verməklə münaqişənin fərqli tərəfindədir. Rusiya isə sülh danışıqları səylərinə qatılması və atəşkəsə nail olması üçün döyüşən tərəflərətəzyiqlər göstərmək məqsədilə iki qüdrətli dövlətin çağırışlarına başçılıq edib.

Keçən ay ABŞ və Rusiya zoraılıqların azaldılması və Hələbə humanitar yardımın çatdırılmasını sürətləndirmək məqsədilə döyüşlərin dayandırılmasına dair razılıq əldə eidb. Lakin bu razılıq qısa zamanda pozulub.

Rusiya ABŞ-ın atəşkəsə dair danışıqlardan çıxmaq qərarını təəssüf hissi ilə qarşıladığını bildirib və Birləşmiş Ştatların mötədil üsyançıları cihadçıların ayıra bilməməsinə görə narazılığını ifadə edib.

ABŞ Dövlət Departmentinin sözçüsü Con Körbi isə bunun asan qərar olmadığını deyib. "Bu qərarı belə asanlıqla qəbuledilməyib. Vaşinqton hərbi əməliyyatlarındayandırılması səylərini əsirgəmədiyi halda, Rusiya öz təəhhüdlərinə sadiq qala bilməyib," deyə Körbi bildirib.

XS
SM
MD
LG