Accessibility links



ABŞ Dövlət katibi Con Kerri Rusiyanı Suriyaya hava hücumundan təkmilləşdirilmiş müdafiə sistemi satmamağa çağıraraq, bu addımın Birləşmiş Ştatların müttəfiqi olan İsrailin sabitliyinin pozulmasına yönələ biləcəyini deyib.

Con Kerri bu açıqlamanı Romada Wall Street Journal qəzeti İsrailin ABŞ-ı Rusiyanın Moskvanın müttəfiqi Suriyaya S-300 tipli raket satışına hazırlaşdığı ilə bağlı xəbərdar etməsi haqda məlumat verməsindən sonra verib.

ABŞ Dövlət katibi Vaşinqtonun Moskvanın Dəməşqə belə bir yardəm etməməsinə üstünlük verdiyini bildirib.

Wall Street Journal qəzetinin verdiyi məlumata əsasən, İsrail Suriyanın üç ay ərzində çatdırılması nəzərdə tutulan S-300 tipli raketlərə görə Rusiyaya ödənişlərə başladığına inanır.

Rusiya bu məlumatı hələlik şərh etməyib.
XS
SM
MD
LG