Accessibility links

ABŞ Dövlət katibi Con Kerri bildirib ki, Birləşmiş Ştatların hərbi qüvvələri Baltik dənizində Amerika hərbi gəmisinə hücumun imitasiyasını həyata keçirdikləri vaxt Rusia təyyarələrinə atəş aça bilərdi.

"Biz belə davranışı qınayırıq. Bu, məsuiyyətislikdir. Təhrikedicidir. Bu, təhlükəlidir. Silahların istifadəsinə dair qanunlara görə təyyarələr vurula bilərdi"-deyə Con Kerri CNN tele şirkətinin ispan xidmətinə müsahibə bildirib.

"Adamlar başa düşməlidir ki, bu, ciddi məsələdir və ABŞ açıq dənizdə qorxudulmasına imkan verməyəcək. Biz Rusiyaya bunun nə qədər təhlükəli olduğunu çatdırmaq istəyirik və ümid edirik ki, bu, bir daha təkrar olmayacaq"-deyə Con kerri əlaqə edib.

İlkin məlumatlarda Baltik dənizində iki qarşıdurma hadisəsi haqda xəbər verilib. İnsidentlərin birində Rusiyanın Su-24 bombardmançı təyyarələri ABŞ-ın "Donald Kuk" hərbi gəmisinə 9 min metr məsafədə yaxınlaşıb.

ABŞ hərbi qüvvələrinin rəsmisinin bildirdiyinə görə, bu, soyuq müharibə dövrünün rəqibləri arasında son illər ən aqressiv məqamlardan biridir.

ABŞ gəmisinin üzərində görüntüləri qeydə alan KA-27 tipli vertolyot uçub.
İnsident cümə günü ABŞ Dövlət katibi Con Kerri və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon söhbəti zamanı müzakirə olunub. Kerri Rusiyanın hərbi təyyarələrinin ABŞ-ın "Donald Kuk" hərbi gəmisi üzərində təhlükəli manevrləri ilə bağlı qəti etirazını bildirib.

Rusiya bu hərəkətləri müdafiə edib. Müdafiə nazirliyinin nümayəndəsi Rusiyanın beynəlxalq normalar çərçivəsində hərəkət etdiyini bildirib.

XS
SM
MD
LG