Accessibility links

Kerri Putin və Lavrovla danışıqlar aparmaq üçün Moskvadadır


ABŞ Dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putin və Xarici İşlər naziri Sergey Lavrovla danışıqlar aparmaq məqsədilə Moskvaya gedib.

Danışıqların diqqət mərkəzində Suriya və Ukraynada vəziyyətin olacağı gözlənilir. ABŞ Dövlət Departamenti Con Kerrinin səfərinin keçən həftə prezident Putinin Rusiyanın öz hərbi qüvvələrini qismən Suriyadan çıxardığını elan etməsindən sonra təşkil olunduğunu bildirib.

Dövlət Departamentinin bildirdiyinə görə, Kerri və Rusiya rəsmiləri arasında danışıqlarda Suriyada atəşkəsin davamlılığının təmin olunması, humanitar yardımın çatdrılması və humanitar yardım işçilərinin yerlərə getməsi üçün imkanların yaxşılaşdırılması və genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Ukrayna pilotu Nadya Savçenko
Ukrayna pilotu Nadya Savçenko

Ukrayna ilə bağlı Con Kerrinin Rusiyanı keçən həftə qərarlaşdırılmış atəşkəsə hörmət etməsi üçün ölkənin şərqində Rusiya tərəfdarı separatçılara təzyiq göstərməyə çağıracağı gözlənilir.

Kerrinin eyni zamanda, Rusiyanı çərşənbə axşamı qətlə əlbir olmaq ittihamı ilə 22 il həbs cəzasına məhkum edilmiş Ukrayna pilotu Nadya Savçenkonu azad etməyə səsləyəcəyi gözlənilir.

Savçenko 2014-cü ilin iyun ayında Ukraynanın Luqansk şəhərində Rusiya televiziyasının iki jurnalistinin ölümü ilə nəticələnən minomyot hücumunu koordinasiya etməkdə ittiham edilərək məhkum edilib.

O bildirib ki, mobil telefon qeydləri onun Moskva tərəfdarı üsyançılar tərəfindən jurnalistlərin qətlindən öncə ələ keçirildiyini təsdiq edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG