Accessibility links

ABŞ Dövlət katibi Con Kerri deyib ki, Rusiya və Rusiyapərəst separatçıların Ukraynanın şərqində zorakılığa son qoyulması məqsədilə əldə edilmiş sülh razılığını yerinə yetirməsi üçün mühüm bir vaxtdır.

Türkiyənin Antaliya şəhərində çıxış edən Kerri burada NATO xarici işlər nazirləri və Türkiyənin baş naziri Əhməd Davutoğlu ilə də görüşüb.

Daha sonra müxbirlərin suallarını cavablandıran Con Kerri deyib ki, Rusiya ilə Ukraynadakı Rusiyapərəst separatçılar ötən il Minskdə əldə edilmiş atəşkəs razılığına əməl etməlidir.

Kerri bu açıqlamaları Rusiyanın Soçi şəhərində Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra verib.

O, müxbirlərə Rusiya ilə İranın nüvə proqramı ilə bağlı davam edən danışıqları da müzakirə etdiyini deyib.

XS
SM
MD
LG