Accessibility links

Kerri: Amerika əsgərləri İraqda hərbi missiyaya qatılmayacaq


ABŞ Dövlət katibi Con Kerri İslam Dövləti qrupuna qarşı mübarizədə Amerika əsgərlərinin hərbi missiyaya cəlb edilməyəcəyini deyib.

Con Kerri Senatın Xarici Əlaqələr Komitəsində ABŞ-ın İslam Dövləti qrupuna qarşı strategiyası ilə bağlı qanunvericilərin suallarını cavablandırır. O deyib ki, hazırkı vəziyyət 1991 və 2003-cü illərdə ABŞ hərbi qüvvələrinin döyüşmək üçün Küveytə və İraqa göndərildiyi vaxtla eyni deyil. Onun sözlərinə görə, ABŞ hərbi personalının əsas missiyasi İraq qüvvələrinə təlim və dəstək verərək, onların görməli olduğu işləri edə bilməsini mümkün etməkdən ibarətdir.

Dövlət katibi Kerri həmçinin Konqresin Suriyada mötədil müxalifət qüvvələrinin silahlandırılması və onlara təlim verilməsi üçün maliyyə vəsaiti ayırmasının əhəmiyyətini vurğulayıb.

Con Kerri İslam Dövləti qrupu ilə müzakirə ediləsi heç bir şeyin olmadığını deyərək, militantları sülh mahiyyətli dini təhqir edən daş dövrünün qatilləri adlandırıb.

XS
SM
MD
LG