Accessibility links

ABŞ Dövlət katibi Con Kerri Suriyada vəziyyəti müzakirə etmək üçün bu gün Cenevrəyə yola düşür.

Kerri Suriyada atəşkəsin davam etdirilməsi məsələsini İordaniya və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri, habelə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura ilə müzakirə edəcək.

Bu haqda məlumatı ABŞ Dövlət Departamenti verib.

Kerri səfərə hazırlıqlar çərçivəsində BMT-nin xüsusi nümayəndəsi, eləcə də Suriya danışıqlarının koordinatoruna telefon zəngi edib.

Dövlət Departamentinin sözçüsü Con Kirbinin bildirdiyinə görə, Kerri açıq şəkildə bildirib ki, Hələbdə zorakılıqlara son qoyulması və ölkə boyu davamlı atəşkəsə nail olunması əsas prioritetdir.

Kirbi deyib ki, Kerri eyni zamanda, Əsəd qüvvələrinin münaqişəni qızışdırmağa davam etməsilə bağlı narahatlığını bildirib.
"Dövlət katibi Hələbdə vəziyyətin pisləşməsilə bağlı dərin narahatlığını bildirib. Rejim günahsız insanları və özlərinin səhv olaraq dediyi kimi Nusra deyil, atəşkəsin tərəflərini hədəf alması ilə münaqişəni qızışdırırır. Belə hücumlar atəşkəsin birbaşa pozulmasıdır və dərhal dayandırılmalıdır."

Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin işçisi Hələbdə hava hücumlarından sonra dağıntılar arasında

Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin işçisi Hələbdə hava hücumlarından sonra dağıntılar arasında

Mülki vətəndaşlar arasında tələfatlar

Suriya hökumət qüvvələrinin döyüş təyyarələri və helikopterlərinin Hələbdə üsyançıların nəzarətində olan ərazilərdə şənbə günü keçirdiyi təxminən 30 hava hücumu nəticəsində azı beş nəfər ölüb.

Britaniyada qərargahlaşan Suriyada İnsan Haqlarını Müşahidə qrupunun bildirdiyinə görə, aprelin 22-dən hava hücumları, raket və artilleriya atəşləri nəticəsində təxminən 250 mülki vətəndaş həyatını itirib.

Zorakılıqların artması Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin döyüşlərin intensivləşdiyi halda, Suriyanın ən böyük şəhəri olan Hələbdə insanların humanitar fəlakət qarşısında ola biləcəyinə dair xəbərdarlıq etdiyi vaxta təsadüf edir.

Hələb ABŞ və Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş və şənbə günü qüvvəyə minmiş müvəqqəti atəşkəs haqda razılığa daxil edilməyib. Atəşkəs rejimi Suriya hökumət qüvvələrinin istinadgahı olan Latakiya vilayəti, paytaxt Dəməşq və üsyançıların istinadgahı olan şərqdə Qouta da tətbiq edilir. Atəşkəs rejiminin Dəməşqdə və Şərqi Qouta regionunda 24 saat qüvvədə qalmalıdır.

Hələbin üsyançıların nəzarətində olan Əl-Saxour rayonunda hava hücumları

Hələbin üsyançıların nəzarətində olan Əl-Saxour rayonunda hava hücumları

Atəşkəs planları

Dövlət Departamentinin sözçüsü Mark Toner deyib ki, Latakiya və Şərqi Qouta ilə bağlı planlar döyüşlərin dayandırılmasına dair bütün tərəflərin verdiyi öhdəliklər qarşısında bir sınaqdır:"Bu, yeni öhdəlikdir və ruslar, rejim və eləcə də müxalifət üçün bir sınaqdır."

Üsyançılar Hələbdə hökumətin nəzarətində olan yerlədi raket və artilleriya atəşlərinə tutmağa davam edir.

Suriya hökuməti də havadan bombardmanları davam etdirir.

80-dən artıq beynəlxalq və Suriyanın qeyri-hökumət təşkilatı cümə günü verdikləri bəyanatda prezident Obama və Rusiya prezidenti Vladimir Putindən

BMT-nin çağırışlarına cavab verməyi və qan tökülməsini dayandırmağı tələb edib.

BMT-nin insan haqları üzrə ali komissarı Zyd Raad Əl Hüseyn bildirib ki, Suriyada son həftə baş verən zorakılıqlar "münaqişənin bütün tərəflərinin mülki vətəndaşların həyatına dəhşətli dərəcədə etinasız yanaşdığını" nümayiş etdirir.

Suriyada beş ildən artıqdır davam edən münaqişə nəticəsində 270 min insan həyatını itirib, milyonlarla insan qaçqın və məcburi köçkün olub.

XS
SM
MD
LG