Accessibility links

Kerri Suriyada zorakılığın yayılmamasına çalışır


Cenevrəyə 20 saatlıq səfərini başa vuran ABŞ dövlət katibi Con Kerri deyib ki, ABŞ və tərəfdaşları Suriyada zorakılıqların yayılmasının qarşısını almaq üçün bir neçə təklifi müzakirə edir.

ABŞ diplomatı təkliflərin nədən ibarət olması barədə heç bir söz deməyib. Ancaq onun məqsədinin atəşkəsin qismən bərpası və Rusiyanın dəstəklədiyi hökumət qüvvələrinin hücumlarının qarşısını almaq olduğu aydındır. Hələbdə son 11 gündə həyata keçirilən belə hücumlar yüzlərlə insanın həyatına son qoyub.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinad edən xəbər agentlikləri bildirib ki, Birləşmiş Ştatlar mülki əhaliyə və mötədil müxalifət üzvlərinə sığınacaq təmin edəcək təhlükəsiz zonalar yaratmağı nəzərdən keçirir.

Rusiyadan kömək yoxdur

Kerri üçün Rusiyanın dəstəyini əldə etmək mühüm olduğu qədər də, qeyri-mümkün olub. Kerri Moskvanı Əsəd qüvvələrinin Suriyanın böyük şəhərlərinin yaraqlıların əlində olan hissələrinə hücumlarının qarşısı almaqda kömək etməyə çağırıb.

"Əsas tərəflərin imzalanması üçün bir neçə təklif göndərilib" - deyə Kerri Səudiyyə Ərəbistanından olan həmkarl Adel Əl-Cübeyir və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura ilə görüşündən sonra bildirib: "Ümidimiz olsa da, hələ tam əmin deyilik. İstədiyimizə nail olmaq üçün qarşıdakı 24-48 saat ərzində çox işləməliyik".

Kerri Hələbə dair razılığın qarşıdakı günlərdə açıqlana biləciyini də deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG