Accessibility links

Kerri ABŞ-da qaçqınların qəbulunun dayandırılması səylərini tənqid edir


ABŞ Dövlət katibi Con Kerri Birləşmiş Ştatların qanunvericiləri, qubernatorları və prezident seçkilərində namizədlərin Obama administrasiyasının Suriya qaçqınlarının qeydə alınması prosesini təhlükəsiz şəkildə həyata keçirə bilməsilə bağlı tənqidlərinə cavab verib.

Con Kerri Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayanın gələn il ərzində 10 min suriyalı qaçqının qəbulunu dayandırmağa çağırmasından bir gün sonra Dövlət Departamentində xarici ölkələrdə təhlükəsizliklə bağlı forumda danışıb.

Kerri 50 yaşlı qadın və onun nəvələrinin Birləşmiş Ştatlara necə təhlükə yarada biləcəyi və ya ABŞ-ın öz dəyərlərinə uyğun olaraq insanları adekvat bir şəkildə qeydiyyatdan necə keçirə bilməyəcəyi kimi suallar verib.

Pol Rayan həmçinin deyib ki, o, təhqiqatçıların Parisdə terror aksiyalarını törədənlərdən birinin Avropaya Suriya qaçqınları arasında gəldiyinə dair dəlilin olduğunu bildirməsindən sonra Suriya və İraq qaçqınlarının yoxlanılması üçün daha ciddi tələblərin qoyulmasını istəyiir.

ABŞ-ın ştatlarının iyirmidən çox qubernatoru suriyalı qaçqınların onların ştatların yerləşdirilməsinin qarşısının alınması üçün ölçülər götürülməsini istədiklərini bildiriblər.

Dövlət Departamentinin forumunda danışan Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennan deyib ki, Birləşmiş Ştatlar Amerika dəyərlərinə sədaqət və təhlükəsizlik arasında balans yaratmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG