Accessibility links

Kerri səs yazısında: Suriyada gücdən istifadə haqda mübahisədə uduzmuşam


Dövlət katibi ABŞ hökumətinin diplomatik səylərə Suriyada hərbi gücdən istifadə etməklə dəstək verməməsindən narazıdır

Amerikanın nüfuzlu qəzetlərindən biri olan The New York Times ABŞ Dövlət katibi Con Kerrinin Birləşmiş Ştatların Suriya siyasəti ilə bağlı narazılığını ifadə etdiyi səs yazısını əldə edib.

The New York Times qəzetinin verdiyi məlumta görə, səs yazısı keçən ay Nyu Yorkda Suriya vətəndaşları ilə bağlı qapılar arxasında keçən danışıqlar zamanı aparılıb. Qəzet cümə günü öz veb səhifəsində görüşlə bağlı məqalə ilə yanaşı səs yazısından da xülasəni yerləşdirib.

Səs yazısında Con Kerri onun Suriyada diplomatik səylərinə hökumətin mümkün hərbi əməlilyyatları ilə dəstək verməməsindən giley edir. "Fikrimcə, indi hökumətdə gücdən istifadə edilməsinə 3-4 nəfərdən başqa tərəfdar olan yoxdur, mən azlıqdan qaldım"-deyə o bildirib.

Sentyabrın 22-də BMT-də Hollandiyanın nümayəndəliyində Suriya vətəndaşları ilə görüşdə Kerri eyni zamanda deyib: "Biz diplomatik yolla getməyə çalışırıq və mən başa düşürəm ki, bu, bezikdirir. Amma inanın ki, biz hamıdan çox bezmişik."

Kerri: "Yəni sizin fikrinizcə, yeganə həll yolu kiminsə gəlib Əsədi qovmasıdırmı? Bunu kim edəcək?" Suriyalı qadın:"Üç il əvvəl soruşsaydınız "siz" deyərdim. Amma indi bilmirəm."

Kerri ilə görüşdə Suriyanın dörd təşkilatının nümayəndələri iştirak edib. Bunlar üsyançıların nəzarətində olan ərazilərdə məktəblərin fəaliyyətinə, həmçinin yardım və tibbi ləvazimatın çatdırılmasına kömək edən qrupların nümayəndələri olub. Görüşdə eləcə də bir neçə ölkənin diplomatı və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi iştirak edib.

Qəzetin verdiyi məlumata görə, yazı Suriya nümayəndələri tərəfindən aparılmayıb və onun həqiqiliyi bir neçə iştirakçı tərəfindən təsdiq edilib.

New York Times yazıb ki, Kerri toplaşanları seçkilərin keçirilməsi təklifi ilə təəccübləndirib. O deyib ki, suriyalılar prezident Bəşar Əl-Əsədin hakimiyyətdən getməsinə səs verə bilər.

"Bütün dünyada qaçqın kimi qeydiyyatdan keçmiş insanlar da səs vermək hüququna malikdir. Onlar Əsədə səs verəcəklərmi? O bundan qorxur"-deyə Kerri bildirib.

Con Kerri BMT Təhlükəsizlik Şurasında
Con Kerri BMT Təhlükəsizlik Şurasında

​New York Times-ın verdiyi məlumata görə, görüşdə iştirak edən suriyalılar bununla bağlı şübhələrini bildrirərək, Əsədin nəzarət etdiyi ölkədə insanların onun əleyhinə səs verməsi üçün özlərini kifayət qədər təhlükəsiz hesab etməyəklərini deyiblər. Onlar eyni zamanda, Suriya hökumətinə üsyançıların nəzarətində olan ərazilərdə hava hücumlarının keçirilməsində kömək edən Rusiyanın belə seçkilərin keçirilməsinə razı ola bilməsilə bağlı şübhələrini ifadə edib.

İştirakçılardan biri isə deyib ki, ABŞ-ın Əsədin hakimiyyətdən getməsi üçün daha asan yolu olduğunu düşünürdü.

Kerri isə ona belə bir sual verib: "Yəni sizin fikrinizcə, yeganə həll yolu kiminsə gəlib Əsədi qovmasıdırmı?"

Qadın buna müsbət cavab verib.

O zaman Kerri yenidən ona müraciət edərək, "bunu kim edəcək?" sualını verib.

Qadın isə belə cavab verib: "Üç il əvvəl soruşsaydınız "siz" deyərdim. Amma indi bilmirəm."

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG