Accessibility links

ABŞ dövlət katibi Yaxın Şərqə yola düşüb. Con Kerrinin səfərinin məqsədi ABŞ və Rusiyanın təklif etdiyi Suriya sülh konfransı barədə görüşlər keçirməkdir.

Çərşənbə axşamı İordaniyada dövlət katibi Suriyanın dostları adlanan qrupla müzakirələr keçirməlidir.

Konfrans ikiillik münaqişələrə son qoyacaq müvəqqəti hökumətin yaradılması üçün müxalifətlə Suriya hökumətinin bir araya gətirilməsi mahiyyəti daşıyır. Lakin tərəflərin heç biri hələ qərarını açıqlamayıb.

Müxalifət konfransda iştirak edib-etməyəcəyini cümə axşamı günü Türkiyədə keçirəcəyi yığıncaqdan sonra bəyan etməlidir.

Konfransda hansı ölkələrin iştirak edəcəyi məlum deyil. Lakin Rusiya müttəfiqi İranı tədbirə qatılmağa çağırıb. Fransa isə İranın iştirakının qəti əleyhinədir.
XS
SM
MD
LG