Accessibility links

Con Kerri Suriyanı kimyəvi silahları təhvil verməyə çağırıb



ABŞ Dövlət katibi Con Kerri deyib ki, prezident Bəşar Əl-Əsəd hökumətin kimyəvi silahalardan istifadə etməsilə əlaqədar Suriyaya müdaxilənin qarşısını almaq istəyirsə, bu həftənin sonuna qədər bütün arsenalı təhvil verməlidir.

Londonda danışan Kerri cənab Əsədin belə bir addım atacağını gözləmədiyini əlavə edib və bunun Suriyada gedən vətəndaş müharibəsinin getdiyi bir vaxt mümkünlüyü ilə bağlı sual qaldırıb.

Bununla belə, ABŞ Dövlət katibinin açıqlamaları Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Moskvanın müttəfiqi Suriyanı kimyəvi silahlarını beynəlxalq nəzarətə təhvil verməyə və ABŞ-ın hücumuna yol verməmək üçün silahları yararsız vəziyyətə salmağa razı salmağa çalışacağı ilə bağlı bəyanat verməsilə nəticələnib.

Kerri və Lavrov Rusiyanın təklifindən sonra telefon söhbəti zamanı Suriyanın kimyəvi silah arsenalı ilə bağlı müzakirələr aparıb.

ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Toni Blinken deyib ki, Obama administrasiyası Rusiyanın yalnız ABŞ-ın cənab Əsəd rejiminə qarşı hədələrindən sonra verdiyi təklifə tanış olacaq.

Suriya Rusiyanın planını qəbul edib, lakin ona necə əməl edəcəyinin detalları ilə bağlı açıqlama verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG