Accessibility links

ABŞ Dövlət katibi Con Kerri Suriya hökumətini Hələb şəhərinə bomba atıldığına görə tənqid edib.

Con Kerri açıqladığı bəyanatda bomba hücumlarını Əsəd hökumətinin növbəti qəddar aksiyası adlandıraraq, hökumətin ölkəni dağıtmaqla məşğul olduğunu deyib.

ABŞ Dövlət katibi bildirib ki, Suriya müxalifəti və beynəlxalq ictimaiyyət döyüşlərə son qoyulması yollarını axtardığı halda, hökumətin fəaliyyəti Cenevrədə daha müvəffəq sülh danışıqlarının aparılmasına dair ümidlərin boşa çıxarılmasına yönəlib.

Keçən həftə danışıqların birinci raundunda çox az inkişaf əldə edilmişdi, lakin BMT-nin Baş katibi Ban Ki Mun və Suriya üzrə beynəlxalq vasitəçi Laxdar Brahimi hökumət və müxalifət nümayəndələrinin fevralın 10-da görüşü bərpa edəcəyinə ümid edir.

Suriyada fəallar bomba hücumları nəticəsində son həftə ərzində onlarla insanın həyatını itirdiyini bildiriblər. Onlar Suriya hökumət qüvvələri və prezident Bəşar Əl-Əsəd əleyhdarı olan üsyançılar arasında indiyə qədər görünməyən şiddətli döyüşlərin şahidi olduqlarını deyiblər.
XS
SM
MD
LG