Accessibility links

Kerri: ABŞ Əsədlə danışıqlar aparmalı olacaq


Dövlət katibi Con Kerri deyib ki, Birləşmiş Ştatlar əvvəl-axır Suriya prezidenti Bəşar Əl-Əsədlə danışıqlar aparmalı olacaq və ona siyasi keçidlə bağlı danışıqlar aparılması üçün təzyiq yollarını nəzərdən keçirir.

Con Kerri bazar günü CBS tele şirkətinə müsahibə zamanı Suriyada münaqişənin diplomatik yolla həllinə nail olmaq üçün ABŞ-ın əvvəl-axır müzakirələr aparmalı olacağını deyib. “Əsəd rejiminin danışıqlara qatılması üçün biz ona aydın şəkildə bildirməliyik ki, hamı bu siyasi nəticənin əldə olunması əzmindədir….Mən əminəm ki, mütəfiqlərimiz və bizim səylərimiz nəticəsində Əsədə təzyiqlər artacaq”-Con Kerri bildirib.

Dövlət katibi Kerri müsahibə zamanı Bəşar Əl-Əsədlə mümkün razılığın şərtləri ilə bağlı təfərrüatlara toxunmayıb.

Suriya prezidenti həm ölkə daxilində, həm də beynəlxalq miqyasda diqqət mərkəzindədir. Dörd ildir hökumət qüvvələri və müxalifət qrupları arsında vətəndaş müharibəsi, eyni zamanda, İslam Dövləti qrupunun yaraqlılarının ölkənin şimalı və cənubunda hücumları nəticəsində minlərlə suriyalı həyatını tirib, milyonlarla insan qaçqın və məcburi köçkün vəziyətinə düşüb, Suriyanın infrastrukturu dağılıb.

ABŞ-ın 2014-cü ildə BMT vasitəsilə müxalifət qrupları və Suriya hökuməti arasında sülhə nail olmaq səyləri baş tutmayıb.

Vaşinqton və Dəməşq İslam Dövləti qrupuna qarşı ayrılıqda mübarizə aparır. Radikal qrup Suriyanın bir hissəsinin nəzarətini keçən il ələ keçirib. ABŞ-ın başçılığı ilə koalisiya İslam Dövləti qrupunun mövqelərinə qar.ə şimalda və cənubda hava hücumları keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG