Accessibility links

ABŞ Dövlət katibi Con kerri Rusiya ilə Suriyada beş ildir davam edən vətəndaş müharibəsinə son qoyulmasına dair ilkin razılığın əldə edildiyini bildirib.Lakin Suriyada zorakılıqlar bu gün davam edib, İŞİD-in məuliyyətini öz üzərinə götürdüyü iki ayrı-ayrı hücumda çox sayda insan həyatını itirib.

Amerika və Rusiya diplomatları indi ölkədə öz müttəfiqlərini Suriyaya dair razılaşmanı imzalamağa razı salmaq üzərində işləməlidir.

Moskva ABŞ-ın uzun müddətdir əleyhdarı olan Suriya prezidenti Bəşər Əsəd qüvvələrinə hərbi dəstək verir.

İordaniyada danışan Con Kerri Suriyada hərbi qüvvələr və müxalifət qrupları arasında döyüşlərin bir neçə saatdan sonra dayana biləcəyinin mümkün olduğunu bildirib.

Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında isə Con Kerri və Sergey Lavrov arasında telefon söhbətinin baş tutduğu və onlar arasında danışıqlar zamanı Suriyada hərbi əməliyyyatların dayandırılmasının şərtlərinə dair müzakirələr aparıldığı bildirilib.

Terror hücumları

Atəşkəsə dair razılığın əldə edildiyi elan edildiyi zaman Homs şəhərində iki bomba partlayışı zamanı 60 nəfər həyatını itirib. Bununla yanaşı, Dəməşqdən cənubda Seyyidə Zeynəb məbədi yaxınlığında silsilə partlayşlar nəticəsində azı 50 adamın öldüyü bildirilir. Yanvar ayında şiə məbədi yaxınlığında partlayışlar zamanı onlar insan həyatını itirmişdi.

Qərargahı Britaniyada yerləşən Suriyada İnsan Haqlarını Müşahidə Qrupunun bidirdiyinə görə, Homsda partlayış hökumət idarələrinin yerləşdiryi Əl-Zahra məhəlləsində baş verib və hadisə nəticəsində ölənlərin çoxu mülki vətəndaşlar olub.

Homs bomba partlayışlarından sonra. Foto Suriyanın rəsmi SANA agentlyinə məxsusdur

Homs bomba partlayışlarından sonra. Foto Suriyanın rəsmi SANA agentlyinə məxsusdur

Son aylar bir neçə dəfə hücumlara hədəf olan Homsda çox sayda insan həyatını itirib, onlarla insan yaralanıb. Suriyada İnsan Haqlarını Müşahidə Qrupunu bugünkü partlayışların beş ildir davam edən vətəndaş müharibəsi zamanı ən güclü partlayışlarından biri olduğunu bildirib.

Suriyada əsas üsyançı koalisiya atəşkəsə dair müvəqqəti razılığı Rusiyanın hava hücumlarını, Dəməşq hökumətinin isə Suriya-Türkiyə sərhədində əməliyyatlarını dayandırması şərti ilə qəbul edəcəyini bildirib.

Rusiya bildirib ki, müvəqqəti atəşkəsə dair beynəlxalq razılıq əldə edilsə belə Suriyada terror hədəflərinə qarşı hava hücumlarını dayandırmayacaq.

Birləşmiş Ştatlar və Suriyada vətəndaş müharibəsinə son qoymağa çalışan başqa ölkələr Rusiyanın bomba hücumlarının əsas hissəsinin İŞİD terrorçuları deyil, Suriya hökumətinə qarşı mübarizə aparan üsyançıları hədəf aldığını bildirib.

ABŞ rəsmiləri Cenevrədə Suriya böhranı üzrə iki qrupun işini nəzərdən keçirir. Bunlardan biri Suriyada vətəndaş müharibəsi nəticəsində ölkədə qalan insanlara təcili humanitar yardmıın çatdırılması, digəri isə tam və rəsmi atəşkəsin əldə olunması məqsədilə müvəqqəti razılığın əldə edilməsidir.

Hər iki tərəf Suriya hökumət qüvvələri və onların müttəfiqləri tərəfindən mühasirədə olan mülki əhalinin məskunlaşdığı ərazilərə yardımın çatdırılmasında inkişafın olduğunu qəbul edib.

ABŞ öz bəyanatında humanitar qrupların dərhal bundan başqa ərazilərə getməsinə imkan verilməsini və gələcəkdə humanitar yardımın davamlı və maneəsiz şəkildə çatdırılmalı olduğunu əlavə edib.

XS
SM
MD
LG