Accessibility links

ABŞ dövlət katibi Con Kerri Şimali Koreyaya gərginliklərin dinc yolla aradan qaldırılmasına dair müzakirələr keçirilməsini təklif edib.

ABŞ dövlət katibi Con Kerri Tokioda Yaponiyanın xarici işlər naziri Fumio Kişida ilə ballistic raketləri sınaqdan çıxaracağı ilə hədələyən Pxenyana ciddi mesag göndərilməsi məsələsini müzakirə edib.

Müzakirələrdən sonra Con Kerri deyib ki, ABŞ Tokionu müdafiə etmək vədinə əməl edəcək.Dövlət katibi Koreya yarımadasında problemlərin sülh yolu ilə həlli üçün yüksək səviyyəli danışıqlar keçiriləcəyini bildirib.

Kerri deyib ki, ABŞ-ın Okinavadakı hərbi mövcudluğu, habelə Futenma hərbi dəniz bazasının köçürülməsi ilə bağlı müzakirələrdə nailiyyət əldə edilib.

Çin və Yaponiyanın ərazisi olduğunu iddia etdikləri adalarla bağlı ABŞ diplomatı Vaşinqtonun bu mübahisədə tərəf saxlamadığını, lakin Yaponiyanın onları idarə etdiyini tanıdığını deyib.

Con Kerri Yaponiyaya Çindən gedib.

ABŞ dövlət katibi Şimali Koreyanin nüvə proqramı və başqa məsələlərin müzakirəsi zamanı Çin prezidenti Xi Cinpinqə hazırda hər iki ölkə üçün vacib dönəm olduğunu deyib.

ABŞ diplomatı Şimali Koreyanın ən yaxın müttəfiqlərindən olan Çini öz təsir gücündən istifadə edərək Pxenyanı təhdidlərini geri götürməyə məcbur etməyə çağırıb.
XS
SM
MD
LG