Accessibility links

Con Kerri gözlənilmədən Tunisə səfər edib


ABŞ Dövlət katibi Con Kerry və Tunis prezidenti Monsef Marzuki

ABŞ Dövlət katibi Con Kerry və Tunis prezidenti Monsef Marzuki

ABŞ Dövlət katibi Con kerri üç il bundan əvvəl Ərəb Baharının başladığı ölkədə demokratik prosesinin əhəmiyyətini vurğulamaq məqsədilə Tunisə gözlənilməz səfər edib.

Tunis prezidenti Monsef Marzuki ilə görüşən Con Kerri deyib ki, Birləşmiş Ştatlar ölkədə keçid prosesində düşünülmüş şəkildə atılan addımlardan olduqda razılıdır.

Con Kerri yanvar ayında ratifikasiya edilən ölkə konstitusiyasının regionda başqa ölkələr üçün nümunə olacağını deyib. O, sənədin bərabərlik, azadlıq, təhlükəsizlik, iqtisadi imkanlar və qanunun aliliyi kimi demokratik prinsiplərə əsaslandığını deyib.

Tunisə qısa səfəri zamanı ABŞ Dövlət katibinin Tunusin digər rəsmi nümayəndələri ilə görüşü gözlənilir.

Tunisin yeni konstitusiyasında ölkənin islam qanunlarına əsaslanmayan demokratik ölkə olduğu deyilir. Lakin hökumətin bəzi opponentləri konstitusiyada qadın hüquqlarının müdafiəsinə kifayət qədər yer ayrılmadığını bildirir.

BMT-nin Baş katibi Ban Ki Mun Tunisin yeni konstitusiyası haqda müsbət fikir söyləyərək, ölkənin islahatlar yoluna qədəm qoymaq istəyən başqa ölkələr üçün nümunə ola biləcəyini deyib.
XS
SM
MD
LG