Accessibility links

ABŞ dövlət katibi dünyanın gözünün Tunis üzərində olduğunu deyib. Con Kerri Amerikanın Ərəb baharının yuvası olan Tunisin çiçəklənməsini görmək istədiyini bildirib.

Üç ölkəyə səfərinin ilk dayanacağı Tunis olan dövlət katibinin müzakirələrinin diqqət mərkəzində Suriyanın siyasi və təhlükəsizlik sahəsindəki sabitsizlik məsələsi yer alır.

Tunisin xarici işlər naziri Taib Bakkouçe ilə birgə mətbuat konfransında Con Kerri bildirib ki, ABŞ Tunisə 700 milyon dollarlıq əlavə yardım vəsaiti ayırıb.

Tunisin xarici işlər naziri qonşu Liviyanın narahatlıq mənbəyi olduğunu bildirərək, o ölkədə terrorizmin kök saldığını deyib. Nazir bildirib ki, ABŞ-ın yardımı ilə ölkəsinin sərhədlərinin möhkəmləndirilməsi qarşıya məqsəd qoyulub.

Dövlət katibinin qatılacağı Avstriya görüşü oktyabrda Suriyada siyasi vəziyyətə dair keçirilən birinci dəyirmi masa danışıqlarının davamı olacaq.

Kerrinin üç ölkəyə səfəri Türkiyənin Antaliya şəhərində başa çatacaq. Orada dövlət katibi Böyük 20-liyin sammitində iştirak edəcək prezident Barak Obamaya qoşulacaq.

XS
SM
MD
LG