Accessibility links

Kerri Türkiyəni qanunun aliliyi və insan haqlarına ehtirama çağırıb


ABŞ dövlət katibi Con Kerri şənbə günü gecə Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu ilə telefon söbəti zamanı Türkiyəni çevriliş cəhdi ilə bağlı təhqiqatlar zamanı qanunun aliliyi və insan haqlarına ehtiram göstərilməsinə çağırıb.

Kerri bildirib ki, Vaşinqton Türkiyənin demokratik seçkilər yolu ilə seçilən hökumətini dəstəkləyir. Lakin dövlət katibi söhbət əsnasında Amerikanın çevriliş cəhdində heç bir rolu olmadığını bildirərək əsassız iddiların qarşılıqlı münasibətlərə xələl yetirə bilcəyi barədə xəbərdarlıq edib.

ABŞ Dövlət Departamenti amerikalıları Türkiyə səfərlərini təxirə salmağa çağırıb.

Amerikanın Müdafiə Nazirliyi Türkiyənin çevriliş cəhdindən sonra hərbi hava bazalarını bağladıını və NATO-nun İncirlikdəki bazasında elektriki kəsdiyini bildirir. ABŞ bu bazadan Suriyadakı İŞİD qrupuna qarşı hava əməliyyatlar həyata keçirirdi.

Metyu Brayza

Metyu Brayza

Hazırda Türkiyədə yaşayan sabiq Amerika diplomatı Metyu Brayza Türkiyəin bu addımlarını Gülenin təhvil verilməsinə təzyiq taktikası kimi qiymətləndirib.

"Prezident Ərdoğan Güleni Türkiyəyə təhvil verməyə yardım etməyən hər bir ölkəni Türkiyənin düşməni adlandırır”- deyə Brayza Amerikanın Səsinə bildirib.

ABŞ-da yaşayan müsəlman ruhani Fətulla Gülen Hizmet (Xidmət) hərəkatına rəhbərlik edir.

XS
SM
MD
LG