Accessibility links

Con Kerri: Müttəfiqimiz Türkiyə ilə birlikdəyik



ABŞ Dövlət katibi Con Kerri Türkiyədə bomba hücumları ilə bağlı bəyanat verib. Dövlət Departamentinin açıqladığı bəyanatda ABŞ hökumətinin bomba hücumlarını pislədiyi bildirilir.

“Birləşmiş Ştatlar bomba partlayışlarını qınayır və biz müttəfiqimiz Türkiyə ilə bir dayanırıq. Bu dəhşətli xəbər Türkiyə ilə yaxın əməkdaşlığımızı və son üç ayda mənim Dövlət katibi kimi fəaliyyətimdə Türkiyənin dəfələrlə mühüm vasitəçi olmasını nəzər alaraq bizim hamımızı xüsusilə sarsıdır. Fikirlərimiz yaralanan insanların yanındadır. Hadisə qurbanlarının ailələrinə dərin hüznlə baş sağlığı veririk”-deyə ABŞ Dövlət katibi Con Kerrinin bəyanatında bildirilir.
XS
SM
MD
LG