Accessibility links

ABŞ dövlət katibi Arseniy Yatsenyuk və Vitali Klitsçko ilə müzakirələr aparacaq

ABŞ dövlət katibi Con Kerri noyabr ayından bəri aksiyalar keçirən Ukrayna müxalifətinin üzvləri ilə görüş keçirməlidir.

Hazırda Almaniyada olan Kerri sabah Ukraynanın müxalif siyasətçisi Arseniy Yatsenyuk və boksçuluq üzrə sabiq çempion Vitali Klitsçko ilə müzakirələr aparacaq.

Ukraynada isə nümayişçilər yanvar ayının 22-dən Dmıtri Bulatovun yoxa çıxmasına qəzəbini bildirir. Bulatov dünən Kiyev yaxınlığında üzündə kəsiklər və göyərmələrlə aşkar edilib. O, naməlum şəxslər tərəfindən oğurlandığını, bir neçə gün saxlandıqdan sonra meşəyə atıldığını bildirib.

BMT-nin insan haqları ofisi Ukrayna prezidenti Viktor Yanukoviçi son zamanlar qətllər, işgəncələr və yoxa çıxmalarla bağlı təhqiqat aparılmasına çağırıb.

Prezident Yanukoviç isə siyasi böhranın dərinləşdirilməsində müxalifəti ittiham edir.
Ukrayna prezidenti xəstəlik səbəbi ilə məzuniyyətə çıxıb. 63 yaşlı Viktor Yanukoviçin tənəffüs orqanları xəstəliyi yüksək hərarətlə müşayiət edilir.

Son iki ayda keçirilən etiraz aksiyaları zamanı həbs edilənlərin əvfi ilə ilə bağlı qanununun qəbul edilməsinə baxmayaraq, müxalifət hökumətə qarşı nümayişləri davam etdirəcəyinə and içib.
XS
SM
MD
LG