Accessibility links

Con Kerri : Vaşinqton və Avropa İttifaqı Ukrayna xalqını dəstəkləyir


ABŞ dövlət katibi Almaniyanın Münhen şəhərində keçirilən Təhlükəsizlik Sammitində Vaşinqton və Avropa İttifaqının Ukrayna xalqının azad və firavan həyat istəyini dəstəklədiyini bildirib. Con Kerri deyib ki, Ukrayna böhranı adi insanların Avropa İttifaqı ilə birləşmək uğrunda apardıqları mübarizədən doğub.

Rusiyanın xarici işlər naziri isə Avropa qanunvericilərini Ukraynada hökumət əleyhinə nümayişçiləri qızışdırmaqda ittiham edib. Sergey Lavrov Münhen konfransında deyib ki, qanunvericilər zorakı aksiyaları qınamaqdan imtina edir.

Müzakirələr Ukrayna prezidenti Viktor Yanukoviçin nəzarət altında olan nümayişçilərin əfvinə dair fərmanı imzalamasından sonra keçirilir.

Fərman nümayişçilərin ələ keçirdikləri hökumət binalarını azad etdiyi təqdirdə qüvvəyə minəcək.

ABŞ dövlət katibi Con Kerri noyabr ayından bəri aksiyalar keçirən Ukrayna müxalifətinin üzvləri ilə görüş keçirib. Kerri Ukraynanın müxalif siyasətçisi Arseniy Yatsenyuk, Petro Poroşenko və boksçuluq üzrə sabiq çempion Vitali Klitsçko ilə müzakirələr aparıb.

Ukraynada isə nümayişçilər yanvar ayının 22-dən Dmıtri Bulatovun yoxa çıxmasına qəzəbini bildirir. Bulatov dünən Kiyev yaxınlığında üzündə kəsiklər və göyərmələrlə aşkar edilib. O, naməlum şəxslər tərəfindən oğurlandığını, bir neçə gün saxlandıqdan sonra meşəyə atıldığını bildirib.

BMT-nin insan haqları ofisi Ukrayna prezidenti Viktor Yanukoviçi son zamanlar qətllər, işgəncələr və yoxa çıxmalarla bağlı təhqiqat aparılmasına çağırıb.
Prezident Yanukoviç isə siyasi böhranın dərinləşdirilməsində müxalifəti ittiham edir.

Ukrayna prezidenti xəstəlik səbəbi ilə məzuniyyətə çıxıb. 63 yaşlı Viktor Yanukoviçin tənəffüs orqanları xəstəliyi yüksək hərarətlə müşayiət edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG