Accessibility links

Con Kerri: Ukraynada qadın və uşaqlar qətl, işgəncə və zorlamalara məruz qalır


ABŞ dövlət katibi Ukraynada qadın və uşaqların qətl, işgəncə və zorlamalara məruz qaldığını deyib. Con Kerri bunları Genevrədə BMT-nin İnsan Hüquqları Şurasında bildirib.

Rusiyanın xarici işlər naziri Ukraynada atəşkəs əldə edilməsini nailiyyət adlandırıb. Sergey Lavrov Kiyevi ekstremizmdən uzaq durmağa çağırıb.

Daha əvvəl isə Lavrovla Kerri arasında bir saat davam edən danışıqlar keçirilib. Lakin müzakirələrin təfərrüatı açıqlanmayıb.

ABŞ və onun Avropa müttəfiqləri Ukraynadakı əməllərinə görə Moskvaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdən keçirir.

Ukrayna prezidenti Petro Poroşenko atəşkəsə baxmayaraq, Rusiyaya arxalanan separatistlərin zorakılıqları davam etdirdiyini deyir.

BMT-nin İnsan Hüquqları Şurası 2014-cü ilin aprel ayından bəri Ukraynada 6 mindən artıq insanın həlak olduğunu bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG