Accessibility links

Con Kerri və İslam Kərimovun görüşü zamanı jurnalist zaldan çıxarılıb


Washington Post qəzetinin müxbiri Kərimova insan haqlarının vəziyyətinə dair sual ünvanlayarkən onun otağı tərk etməsinə göstəriş verilib

ABŞ Dövlət Departamenti dövlət katibi Con Kerri və Özbəkistan prezidenti İslam Kərimovun görüşü zamanı zaldan jurnalistin çıxarılması məsələsinin araşdırıldığını bildirib.

Washington Post qəzetinin müxbiri Kərimova ölkəsində insan haqlarının vəziyyətinə dair sual ünvanlayarkən Özbəkistanın təhlükəsizlik agenti və ABŞ-ın təhlükəsizlik mühafizi onun otağı tərk etməsinə göstəriş verib.

“Biz buna olduqca ciddi yanaşırıq”-deyə Dövlət Departamentinin sözçüsü Elizabet Trudu bildirib.

Jurnalistlərin Müdafiəsi Komitəsinin icraçı direktoru Coel Simon Kerrinin jurnalistin otaqdan çıxarılmasına heç bir reaksiya vermədiyindən şikayətlənib.

Simon Kolumbiya Universitetində keçirilən tədbirdəki çıxışı zamanı Kerrinin Özbəkistanda insan haqları durumu, xüsusilə də jurnalist hüquqlarının müdafiəsinə dair heç bir şey demədiyini bildirib.

Biz buna olduqca ciddi yanaşırıq

O, Özbəkistanda müxalifət qəzetinin redaktoru Məhəmməd Bekjanov kimi jurnalistlərin dünyanın heç bir yerində olmadığı qədər uzun müddətə həbs edildiyini diqqətə çatdırıb. Bekjanov 1999-cu ildən bəri dəmir barmaqlıqlar arxasındadır.

ABŞ dövlət katibinin müavini Riçard eyni forumda bildirib ki, dünyada jurnalistlərin vəziyyəti ağırlaşır. O, həmçinin diplomatiyanın zidiyyətli mesajlar yaydığını, bəlkə Kerrinin ictimaiyyət arasında deyil, daha sonra məsələyə münasibət bildirdiyini deyib.

Riçard Stengel
Riçard Stengel

Stengel bildirib ki, bəzi hallarda diplomatlar belə məsələləri bağlı qapılar arxasında müzakirə edir.

Simon ABŞ hökumətinin mətbuat azalığı və jurnalistlərin həbsi ilə bağlı mövqeyinin dəyişmədini deyərək, Jurnalistlərin Müdafiəsi Komitəsini bu sahədə ABŞ rəsmiləri ilə daha yaxın iş aparmağa çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG