Accessibility links

Kerri velosiped qəzasına görə Avropa səfərini təxirə salıb


ABŞ Dövlət katibi Con Kerri İsveçrədə Cenevrədə velosiped qəzasında ayağını sındırdığı üçün dörd ölkəyə səfərini təxirə salıb.

Con Kerri qəzadan sonra vertolyotla Cenevrə xəstəxanasına aparılıb .

Dövlət Departamenti Con Kerrinin qəza zamanı huşunu itirmədiyini və onun sağlıq durumunun sabit olduğunu bildirib. Kerrinin qəza keçirdiyi zaman paramediklər və həkim onu müşayiət edən avtomobildə olublar.

Omba sümüyü sınan Con Kerrinin müalicəsi Boston xəstəxanasında davam etdiriləcək. Dövlət katibinin sözçüsünün bildirdiyinə görə, Con Kerri omba sümüyündə cərrahiyyə əməliyyatı keçirmiş eyni həkim tərəfindən müalicə olunacaq.

ABŞ Dövlət katibi İsveçrədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə iyunun 30-u son möhlətə qədər nüvə razılığının əldə olunması məqsədilə danışıqlar aparmaq üçün İsveçrəyə səfər etmişdi.

Danışıqlar İranın Qərbin müfəttişlərin hərbi obyektləri yoxlamasına icazə verilmədiyini bildirməsindən sonra planlaşdırıldığı kimi bazar günü davm etdirilməyib.

Con Kerri İsveçrədən sonra danşıqlar üçün İspaniyaya və oradan İslam Dövləti qrupuna qarşı mübarizəyə həsr olunmuş konfransda iştirak etmək üçün Parisə səfər etməli idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG