Accessibility links

Yəməndə atəşkəs noyabrın 17-də qüvvəyə minə bilər


Con Kerrinin təşəbbüsü ilə yol xəritəsi əldə edilib

ABŞ dövlət katibi Yəməndə atəşkəsin noyabrın 17-də qüvvəyə minəcəyini bildirib.

Yəmənin Huti silahlı qruplaşması ilə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ilin sonunadək milli birlik hökumətinin təşkili barədə razılıq əldə edib.

Con Kerrinin təşəbbüsü ilə əldə edilən yol xəritəsi Yəmən prezidenti Əbdu Rabu Mənsur Hadi Hutilərin böyük şəhərləri tərk etməsi müqabilində səlahiyyətini müavininə verməsinə çağırılır.

Yəməndə humanitar fəlakət yaşanır

Kerri Birləşmiş Ərəb Əmirliklərinə səfərinin son günü razılığa riayət ediləcəyinə və bunun potensial dönüş nöqtəsi olacağına ümidini ifadə edib.

“Yəməndə humanitar fəlakət yaşanır. Orada təhlükəsizlik, iqtisadi, siyasi nə humanitar durum olduqca ciddidir. Danışdığımız tərəflərin əksəriyyəti böhranın hərbi yolla həllinin çarə olmadığına inannır. Əgər bu faktdırsa, siyasi həll yolu yeganı vasitədir"- deyə Kerri bildirib.

ABŞ dövlət katibi Oman sultanı Qabuş Bin Səid və xarici işlər naziri Yusuf Bin Ələvi ilə konstruktiv müzakirələr keçirdiyini deyib.

Yəmən münaqişəsinin 20 ayı ərzində 10 mindən artıq insan həlak olub.

BMT-nin təxminlərinə görə, milyonlarla insanın humanitar yardımlara ehtiyacı var.

27 milyonluq əhalisi olan Yəməndə insanlar vəba xəstəliyinin yayılma riski altındadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG