Accessibility links

ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Cavad Zərif İsveçrədə nüvə proqramını müzakirə etmək üçün bir araya gəlib.

Lusanne şəhərindəki toplantıdan əvvəl Dövlət Departamentinin rəsmisi jurnalistlərə bildirib ki, ABŞ martın 31-dək tərəflər arasında razılıq əldə ediləcəyinə inanır.

İran və altı digər ölkə ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya iyunun axırınadək yekun razılığı əldə etməyə çalışır. Razılıqda İranın nüvə proqramının inkişafını azaldacağı müqabilində ona qarşı iqtisadi sanksiyaların yüngülləşdiriləcəyi nəzərdə tutulur.

Hər iki tərəf son aylarda dəfələrlə görüş keçirsə də, razılıq əldə olunmayıb.

İran nüvə proqramının tibbi araşdırmalar və enerji sahəsində istifadə üçün dinc mahiyət daşıdığını iddia edir.

XS
SM
MD
LG