Accessibility links

İran və ABŞ nümayəndələri nüvə danışıqlarında proqresin olduğunu deyirlər


Razılığın əldə olunması üçün möhlət iyulun 1-də bitir

ABŞ və İran bazar ertəsi danışıqlarında müəyyən irəliləyiş əldə etdiklərini xəbər veririlər, amma yekun razılaşmaya hələ xeyli qaldığı vurğulanır.

Hər iki tərəfə ABŞ Dövlət katibi Con Kerri və İranın xarici işlər naziri cavad Zərif arasında Cenevrədəki danışıqları “ciddi, faydalı və konstruktiv” təsvir edib. Ancaq Zərif FARS xəbər agenltiyinə final razılığıa çox qaldığını deyib.

ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi həll ounacaq məsələləri müəyyənləşdiriblər, lakin razılığa gəlinib-gəlinməyəcəyi hələlik aydın deyil.

İsfahanda fəhlələr uran emalı müəssisəsində çalışır.

İsfahanda fəhlələr uran emalı müəssisəsində çalışır.

Cenevrədə keçirilən danışıqlarda İranın nüvə proqramının rəhbəri Əli Əkbər Salehi və ABŞ Enerji Katibi Ernest Moniz də iştirak edib.

ABŞ və İran vasitəçiləri cümə günündən bəri görüşlər keçirirərək İran və dünyanın altı ən güclü dövləti arasında hərtərəfli razılığın əldə olunmasına maneəçilik törədən texniki mübahisələri həll etməyə çalışırlar.

Müvəqqəti razılaşmanın əldə edilməsi üçün son möhlət tarixi yaxınlaşır.

Hər iki tərəf çərçivə sazişi əldə etmək məqsədilə qarşı tərəfə martın 24-ə, davamlı razılıq əldə etmək üçün isə iyulun 1-ə dək möhlət verib.

Bu razılıq nəticəsində İran nüvə fəaliyyətlərinin sülhpərəst olduğunu təmin edəcək, əvəzində isə ona qarşı tətbiq olunan sanksiyalar aradan qaldırılacaq.

XS
SM
MD
LG