Accessibility links

ABŞ dövlət katibi İranın xarici işlər naziri ilə görüş keçirib


İran-ABŞ əlaqələrinin inkişafının nümunəsi olaraq ABŞ dövlət katibi Con Kerri İranın xarici işlər naziri Cavad Zəriflə Tehranın BMT-dəki səfirinin iqamətgahında bir saatlıq görüş keçirib.

Diplomatik protokola görə İranın əmlakı hesab edillən iqamətgahda onu İran rəsmiləri qarşılayıb.

1979-cu ildən bütün diplomatik münasibətləri kəsilən iki ölkə arasında yalnız son zamanlar İranın nüvə proqramına dair danışıqlara başlanılıb.

Diplomatlar Nyu-Yorkda Nüvə Silahlarının Yayılmamasına dair sazişlə bağlı illik konfransda iştirak edib.

Görüş zamanı Con Kerri İranla müzakirələri yüksək qiymətləndirərək bildirib ki, ağır işlər geridə qalıb. Lakin o, bəzi mühüm məqamlarda hələ də fikir ayrılıqlarının mövcud olduğunu etiraf edib.

ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya müzakirəçilərinin iştirakı ilə İranın nüvə proqramının məhdudlaşdırlmasına dair ikin razılıq aprel ayının 2-də əldə edilib. Tərəflər iyun ayının 30-dək yekun saziş əldə ediləcəyinə ümid bəsləyir.

ABŞ dövlət katibi tərəflərin indi heç vaxt olmadığı kimi əhatəli razılığa yaxınlaşdıqlarını vurğulayıb.

İranın rəhbərlik etdiyi və 120 ölkənin üzv olduğu qoşulmama hərəkatı adından danışan Zərif hər bir ölkənin nüvə yanacağı istehsalına haqqı olduğunu deyib.

Daha əvvəl müxbirlərlə danışan Kerri Zəriflə Yəmən münaqişəsinin də müzakirə edildiyini bildirib.

Belə ki, ABŞ və Ərəb ölkələri Tehranı huti üsyançılarını silah və digər hərbi avadanlıqla təmin etməkdə günahlandırır.

XS
SM
MD
LG