Accessibility links

İsrailin baş naziri Benyamin Netanyahu fələstinlilərlə sülh əldə etmək istədiyini deyib. Baş nazir ABŞ-ın Dövlət katibi Con Kerrinin danışıqları tarixi razılığın əldə edilə biləcək mərhələyə gətirib çıxara biləcəyinə ümid etdiyini deyib.

Cənab Netanyahu Qüdsdə Kerri ilə keçirdiyi görüşdə üç ay davam edən sülh danışıqlarının bərpası ilə bağlı inamsızlığını ifadə edib.

Kerri danışıqlar zamanı daim çətinliklərin və gərginliklərin olduğunu, amma bütün bunlara baxmayaraq, tərəflərin ortaq məxrəcə gələcəyinə əmin olduğunu deyib.

O deyib ki, İsrail və fələstinlilər məqsədlərinə çatmaq üçün güzəştə getməli və çətin qərarlar qəbul etməlidir.

Kerri Fələstin prezidenti Mahmud Abbasla da görüşəcək.

İsrail və İordan çayının Qərb sahilində görüşlərdən sonra Kerri İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair və Mərakeşə səfər etməyi planlaşdırır.
XS
SM
MD
LG