Accessibility links

Birləşmiş Ştatlar dövlət katibi Con Kerri bu gün Fələstin prezidenti Mahmud Abbasla görüşməlidir.

Dövlət Departameninin sözçüsü Cen Psakinin dediyinə görə, İordaniyanın paytaxtı Əmmanda keçiriləcək müzakirələrdə əsasən diqqət son zamanlar Qüdsün müqəddəs yerləri ilə bağlı iğtişaşlar da daxil edilməklə, İsraillə böhrana yönəldiləcək.

Danışıqlar zamanı həmçinin Qəzza zolağının yenidənqurma məsələsi də müzakirə ediləcək. İsrailin 50 gün davam edən hava hücumları 2100 fələstinlinin ölümü ilə nəticələndi.

Görüş İsrailin Qəzza zolağının yəhudilərin yaşadığı bölgədə yeni inşaat işlərinə başlamağı planlaşdırdığını bəyan etməsindən bir gün sonraya təsadüf edir.

XS
SM
MD
LG