Accessibility links

Birləşmiş Ştatların dövlət katibi Con Kerri bu gün Belçikanın baş naziri Çarls Mişellə görüşərək, çərşənbə axşamı həyata keçirilən terror hücumu qurbanlarına görə başsağlığı verib. Kerri hücumla bağlı təhqiqatlara və gələcəkdə terrorizmə qarşı mübarizədə Birləşmiş Ştatların yardımını təklif edib.

Dövlət katibi terror qurbanları üçün həmrəylik nümayiş etdirərək, Parisdəki Çarli Hebdo hücumlarından sonra məşhurlaşan şüarı "Biz Brüsselik" şüarına dəyişib, əvvəlcə ingilis, sonra isə fransız və flamand dillərində səsləndirib.

Görüşdən sonra mətbuat konfransında çıxış edən Con Kerri terror hücumları ilə bağlı şərhlər verib və bunları deyib: "Biz qorxmuruq və biz geri çəkilməyəcəyik". O, terrorla mübarizədə beynəlxalq ictimaiyyətlə birgə işləyəcəyinə söz verib.

Kerri onu da əlavə edib ki, ən əsası qeyri-insani əməllərə ləyaqətlə cavab verilməsidir.

XS
SM
MD
LG