Accessibility links

İsrail və ABŞ arasında İranla bağlı fikir ayrılığı yaranıb [Video]


İsrail və ABŞ arasında İranın mübahisəli nüvə proqramı ilə bağlı hansı ölüçlərin götürülməsi barədə fikir ayrılıqları yaşanır. İsrail tərəfi öz narahatlıqlarını ABŞ dövlət katibi Con Kerriyə bildirib.

İranın nüvə proqramı ilə bağlı müzakirələri müsbət startı fonunda ABŞ dövlət katibi Con Kerri İsrailin baş naziri ilə görüşün əhəmiyyətini vurğulayıb. “Biz İran prezidenti Ruhani və ölkənin xarici işlər naziri cənab Zərifin təşəbbüsü ilə diplomatik münasibətlərdəki dəyişiklikləri, ritorikanın dəyişməsini, müzakirələrin tonunun dəyişməsini alqışlasaq da, onu deməliyik ki, sözlər addımları əvəz edə bilməz.”

Cənab Kerri bu addımların İranın nüvə proqramının sülh xarakteri daşıdığını isbat etmək yolunda atılacağından ibarət olduğunu deyib.

Məsələnin dinc həllinin ən rahat yolu İrana təzyiqlərin davam etməsidir.
İsrailin baş naziri Benyamin Netanyahu Qərbin İrana qarşı sanksiyaları yüngülləşdirməsindən olan narahatlıqları bir daha dilə gətirib. “Məsələnin dinc həllinin ən rahat yolu İrana təzyiqlərin davam etməsidir.”

Artıq sanksiyalar İran iqtisadiyyatına öz təsirini göstərib və ABŞ bu ölçüləri gücləndirmək niyyətində olmadığını bildirir. İsrail isə İranın ABŞ-ın nüvə zənginləşdirməsinə son qoymaq barədəki tələblərinə məhəl qoymadığını deyir.

Bu ayın əvvəlində Cenevrədə keçirilən danışıqlarda İran və altı qüdrətli ölkənin nümayəndələri iştirak etmişdi. Bu, İran prezidenti Həsən Ruhaninin iyun ayındakı qələbəsindən sonra ilk görüş idi.

Londondakı Kral Birləşmiş Xidmətlər İnstitutundan Əli Ənsari İranın təcridinin İsrailə təhlükə ola biləcəyini deyir. “Hazırda biz İrana yanaşmada ehtiras və çılğınlıqla müşayiət olunan iki mövqe görürük. Onlardan biri bütün detallara məhəl qoymamaqla nikbinlik və həyəcan, digəri isə detallara yetirilən ifrat diqqətlə səciyyələnir.

Biz İrandan yeni, liberal bir mehin gəldiyini görmürük. Sadəcə bu ölkədə rəhbərliyi dəyişikliklərə vadar edən iqtisadi böhran müşahidə edirik.
Təhlilçi deyir ki, Qərb İranın tonunu niyə dəyişdiyini başa düşməlidir. “Biz İrandan yeni, liberal bir mehin gəldiyini görmürük. Sadəcə bu ölkədə rəhbərliyi dəyişikliklərə vadar edən iqtisadi böhran müşahidə edirik.”

İsrailin baş naziri ilə görüşü zamanı cənab Kerri Yaxın Şərqdə sülh prosesini irəli aparmaq yolunda da müzakirələr aparıb.
XS
SM
MD
LG